Müqəddəs Quran / Surələr / 29. Ənkəbut
Ənkəbut (Hörümçək)
29:41

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ كَمَثَلِ ٱلْعَنكَبُوتِ ٱتَّخَذَتْ بَيْتًا  ۖ وَإِنَّ أَوْهَنَ ٱلْبُيُوتِ لَبَيْتُ ٱلْعَنكَبُوتِ  ۖ لَوْ كَانُواْ يَعْلَمُونَ

мəc̃əлюль-лəз̃иинə-ттəхōз̃уу миŋŋ-дууниль-лəhи əулийəə`ə кəмəc̃əлиль-'əŋŋкəбуути-ттəхōз̃əт бэйтə, вə`иннə əуhəнəль-буйуути лəбэйтуль-'əŋŋкəбуут, лəу кəəнуу йə'лəмуун

Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər.

29:42

إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِۦ مِن شَىْءٍ  ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

иннəл-лаhə йə'лəму мəə йəд'уунə миŋŋ-дууниhи миŋŋ-шэй, вəhувəль-'əзиизуль-həкиим

Şübhəsiz, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini hər nə olursa-olsun (həqiqətini) bilir (ki, Allahın müqabilində təsirsiz və cansızlardan başqa bir şey deyillər). O, yenilməz qüdrət və hikmət sahibidir.

29:43

وَتِلْكَ ٱلْأَمْثَٰلُ نَضْرِبُهَا لِلنَّاسِ  ۖ وَمَا يَعْقِلُهَآ إِلَّا ٱلْعَٰلِمُونَ

вəтилькəль-əмc̃əəлю нəдрибуhəə лин-нəəс, вəмəə йə'ќилюhəə ильлəəль-'əəлимуун

Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır).

29:44

خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ  ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لِّلْمُؤْمِنِينَ

хōлəќōл-лаhус-сəмəəвəəти вəəль`əрдō би-ль-həќќ, иннə фии з̃əəликə лə`əəйəтəл-ли-ль-му`миниин

Allah göyləri və yeri haqq olaraq (uca, üstün və əqli bir məqsəd naminə) yaratdı; şübhəsiz, bunda (yaradılışda) möminlər üçün (Onun tovhidinə, cəlalına və camalına dair) bir nişanə vardır.

29:45

ٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِنَ ٱلْكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَ  ۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ  ۗ وَلَذِكْرُ ٱللَّهِ أَكْبَرُ  ۗ وَٱللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ

утлю мəə ууhийə илəйкə минəль-китəəби вə`əќимис-сōлəəh, иннəс-сōлəəтə тəнhəə 'əниль-фəhшəə`и вəəльмуŋŋкəр, вəлəз̃икрул-лаhи əкбəр, вəл-лаhу йə'лəму мəə тəснə'уун

Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir.

29:46

 ۞ وَلَا تُجَٰدِلُوٓاْ أَهْلَ ٱلْكِتَٰبِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنْهُمْ  ۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِىٓ أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمْ وَٰحِدٌ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

вəлəə туджəəдилюю əhлəль-китəəби ильлəə бильлəтии hийə əhсəну ильлəəль-лəз̃иинə з̃ōлəмуу минhум, вəќуулюю əəмəннəə бильлəз̃ии уŋŋзилə илəйнəə вə`уŋŋзилə илəйкум вə`илəəhунəə вə`илəəhукум вəəhидуу-вəнəhну лəhу муслимуун

Və kitab əhli ilə (yəhudilər və xristianların) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq».

29:47

وَكَذَٰلِكَ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ  ۚ فَٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يُؤْمِنُونَ بِهِۦ  ۖ وَمِنْ هَٰٓؤُلَآءِ مَن يُؤْمِنُ بِهِۦ  ۚ وَمَا يَجْحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلْكَٰفِرُونَ

вəкəз̃əəликə əŋŋзəльнəə илəйкəль-китəəб, фəəльлəз̃иинə əəтəйнəəhумуль-китəəбə йу`минуунə биh, вəмин həə`улəə`и мəй-йу`мину биh, вəмəə йəджhəду би`əəйəəтинəə ильлəəль-кəəфируун

(Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə) bu kitabı da sənə belə nazil etdik. Beləliklə, kitab verdiyimiz kəslər (öz kitablarına diqqət yetirmək və etiqad bəsləməklə) bu kitaba iman gətirirlər. Bunlardan (müşriklərdən də) bəzisi iman gətirir. Bizim ayələrimizi (inadkar) kafirlərdən başqa (heç kəs) inkar etmir.

29:48

وَمَا كُنتَ تَتْلُواْ مِن قَبْلِهِۦ مِن كِتَٰبٍ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَ  ۖ إِذًا لَّٱرْتَابَ ٱلْمُبْطِلُونَ

вəмəə куŋŋтə тəтлюю миŋŋ-ќōблиhи миŋŋ-китəəбиу-вəлəə тəхуттуhу бийəмииник, из̃əль-лəəртəəбəль-мубтылююн

Sən bu Qurandan öncə heç bir yazı və kitab oxumurdun. Və öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər.

29:49

بَلْ هُوَ ءَايَٰتٌۢ بَيِّنَٰتٌ فِى صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلْعِلْمَ  ۚ وَمَا يَجْحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّٰلِمُونَ

бəль hувə əəйəəтумм-бэййинəəтун фии судууриль-лəз̃иинə уутууль-'ильм, вəмəə йəджhəду би`əəйəəтинəə ильлəəз̃-з̃ōōлимуун

Xeyr, bu Quran (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmir.

29:50

وَقَالُواْ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَٰتٌ مِّن رَّبِّهِۦ  ۖ قُلْ إِنَّمَا ٱلْءَايَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ

вəќōōлюю лəулəə уŋŋзилə 'əлэйhи əəйəəтумм-мир-рōббиh, ќуль иннəмəəль-əəйəəту 'иŋŋдəл-лаhи вə`иннəмəə əнəə нəз̃иирумм-мубиин

(Kafirlər) dedilər: «Bəs nə üçün ona (Salehin dişi dəvəsi, Musanın əsası və İsanın maidəsi kimi möcüzəli) nişanələr (möcüzələr) nazil olmur?» De: «O ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm».