Sad (Sad)
38:81

إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ

илəə йəумиль-вəќтиль-мə'лююм

məlum vaxtın gününə (birinci surun çalınması ilə insanların boynundan ilahi vəzifələrin götürüləcəyi günə) qədər».

38:82

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

ќōōлə фəби'иззəтикə лə`уґвийəннəhум əджмə'иин

(İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam.

38:83

إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ

ильлəə 'ибəəдəкə минhумуль-мухлəсыын

Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla».

38:84

قَالَ فَٱلْحَقُّ وَٱلْحَقَّ أَقُولُ

ќōōлə фəəльhəќќу вəəльhəќќō əќууль

(Allah) buyurdu: «Haqq Məndəndir və Mən haqq danışanam.

38:85

لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ

лə`əмлə`əннə джəhəннəмə миŋŋкə вəмиммəŋŋ-тəби'əкə минhум əджмə'иин

Cəhənnəmi mütləq səninlə (sənin övlad və qəbilənlə) və onlardan (insanlardan) sənin arxanca gedən kəslərlə büsbütün dolduracağam».

38:86

قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُتَكَلِّفِينَ

ќуль мəə əс`əлюкум 'əлэйhи мин əджриу-вəмəə əнəə минəль-мутəкəллифиин

(Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm.

38:87

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَٰلَمِينَ

ин hувə ильлəə з̃икрул-ли-ль-'əəлəмиин

Bu (Quran), aləmdəkilərin hamısı üçün yalnız bir ibrət və yada salmadır.

38:88

وَلَتَعْلَمُنَّ نَبَأَهُۥ بَعْدَ حِينٍۭ

вəлəтə'лəмуннə нəбə`əhу бə'дə hиин

Əlbəttə, onun xəbərini bir müddət sonra biləcəksiniz (bəşəriyyətin nəsli kəsilənədək tədricən onun həqiqət və maarifi insan cəmiyyəti üçün aydınlaşacaq və onun digər dinləri üstələməsi məlum olacaqdır).