Qaf (Qaf)
50:21

وَجَآءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَآئِقٌ وَشَهِيدٌ

вəджəə`əт куллю нəфсимм-мə'əhəə сəə`иќуу-вəшəhиид

(Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir.

50:22

لَّقَدْ كُنتَ فِى غَفْلَةٍ مِّنْ هَٰذَا فَكَشَفْنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلْيَوْمَ حَدِيدٌ

лəќōд куŋŋтə фии ґōфлəтимм-мин həəз̃əə фəкəшəфнəə 'əŋŋкə ґитōō`əкə фəбəсōрукəль-йəумə həдиид

(Ona deyiləcəkdir:) Həqiqətən, sən bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik. Odur ki, bu gün gözün iti görür (Məhşərin vəziyyətini, öz əməllərini və onların cəzasını görəcəksən).

50:23

وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَىَّ عَتِيدٌ

вəќōōлə ќōриинуhу həəз̃əə мəə лəдəййə 'əтиид

Və onun yoldaşı (yanındakı gözətçi) deyər: Mənim yanımda hazır olan şəxs budur. (Və onun şahid yoldaşı deyər: Onun Mənim yanımda hazır olan əməl səhifələri bunlardır.)

50:24

أَلْقِيَا فِى جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ

əльќийəə фии джəhəннəмə кульлə кəффəəрин 'əниид

(Əmr gələr ki:) Siz iki nəfər (gözətçi mələk və şahid) hər bir inadkar kafiri cəhənnəmə atın!

50:25

مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ مُّرِيبٍ

мəннəə'ил-ли-ль-хōйри му'тəдимм-мурииб

Hər bir xeyirin qarşısın alanı, (yaradanın müəyyənləşdirdiyi həddi aşan və yaradılmışların haqqına təcavüz edən) təcavüzkarı və (əqidənin əsaslarına) şübhə edəni (qəlblərə şəkk-şübhə salanı).

50:26

ٱلَّذِى جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلْقِيَاهُ فِى ٱلْعَذَابِ ٱلشَّدِيدِ

əльлəз̃ии джə'əлə мə'əл-лаhи илəəhəн əəхōрō фə`əльќийəəhу фииль-'əз̃əəбиш-шəдиид

Tək olan Allahla yanaşı özünə başqa bir məbud götürəni. Buna görə də onu şiddətli və ağrılı bir əzaba atın!

50:27

 ۞ قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطْغَيْتُهُۥ وَلَٰكِن كَانَ فِى ضَلَٰلٍۭ بَعِيدٍ

ќōōлə ќōриинуhу рōббəнəə мəə əтґōйтуhу вəлəəкиŋŋ-кəəнə фии дōлəəлимм-бə'иид

Onun yoldaşı (olan şeytan) deyər: «Ey Rəbbim! Onu itatəsizliyə mən vadar etmədim, lakin o özü uzun-uzadı bir azğınlıq içərisində idi. (Mən yalnız dəvət etdim, o da öz xoşu ilə qəbul etdi.)»

50:28

قَالَ لَا تَخْتَصِمُواْ لَدَىَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُم بِٱلْوَعِيدِ

ќōōлə лəə тəхтəсымуу лəдəййə вəќōд ќōддəмту илəйкумм-би-ль-вə'иид

(Allah) buyurar: «Mənim hüzurumda bir-birinizlə dava-dalaş salmayın. Mən sizə əvvəlcədən (peyğəmbərlər və səma kitabları vasitəsi ilə) əzab vədi vermişdim». (Hamıya lazım olan dəlil sübutlar təqdim edilib və hamının cinayəti aydınlaşıb.)

50:29

مَا يُبَدَّلُ ٱلْقَوْلُ لَدَىَّ وَمَآ أَنَا۠ بِظَلَّٰمٍ لِّلْعَبِيدِ

мəə йубəддəлюль-ќōулю лəдəййə вəмəə əнəə биз̃ōльлəəмил-ли-ль-'əбиид

(Kafirlərin cəhənnəmin odunu olmaları barəsində Lövhi-Məhfuzda yazılmış) o (qəti) söz Mənim yanımda əsla dəyişilməz (deyilənin əksi olmaz və onun hökmü ləğv edilməz) və Mən bəndələrə əsla zülm edən deyiləm.

50:30

يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمْتَلَأْتِ وَتَقُولُ هَلْ مِن مَّزِيدٍ

йəумə нəќуулю лиджəhəннəмə həли-мтəлə`ти вəтəќуулю həль мимм-мəзиид

Və (yada sal) o zaman(ı) ki, Biz Cəhənnəmə deyərik: «Doldun?» Və (axirət aləminin tərkib hissələri şüura və danışma qabiliyyətinə malik olduğu üçün) o deyər: «Daha artıq varmı?» (Yəni, yenə yerim var və ya yerim yoxdur.)