بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
бисмиль-лəhир-рōhмəəнир-рōhиим
Bağışlayan və mehriban Allahın adı ilə.
نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ
Нун. вəəльќōлəми вəмəə йəстуруун
Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi-Məhfuza və (qələmin batrıldığı yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi- Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər və Lövhi-Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ
мəə əŋŋтə бини'мəти рōббикə бимəджнуун
Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ
вə`иннə лəкə лə`əджрōн ґōйрō мəмнуун
Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ
вə`иннəкə лə'əлəə хулюќин 'əз̃ыым
Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
фəсəтубсыру вəйубсыруун
Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,
بِأَييِّكُمُ ٱلْمَفْتُونُ
би`əййикумуль-мəфтуун
Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ
иннə рōббəкə hувə ə'лəму бимəŋŋ-дōльлə 'əŋŋ-сəбиилиhи вəhувə ə'лəму би-ль-муhтəдиин
Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.
فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ
фəлəə туты'иль-мукəз̃з̃ибиин
Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.
وَدُّواْ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ
вəддуу лəу тудhину фəйудhинуун
Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.