Ənam (Malqara)
6:31

قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِ  ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمُ ٱلسَّاعَةُ بَغْتَةً قَالُواْ يَٰحَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ  ۚ أَلَا سَآءَ مَا يَزِرُونَ

ќōд хōсирōль-лəз̃иинə кəз̃з̃əбуу билиќōō`иль-лəh, həттəə из̃əə джəə`əтhумус-сəə'əту бəґтəтəн ќōōлюю йəə həсрōтəнəə 'əлəə мəə фəррōтнəə фииhəə вəhум йəhмилююнə əузəəрōhум 'əлəə з̃уhууриhим, əлəə сəə`ə мəə йəзируун

Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizə!» deyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyacaqlar. Bilin! Onların dallarında daşıyacaqları yük necə də pisdir!

6:32

وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَعِبٌ وَلَهْوٌ  ۖ وَلَلدَّارُ ٱلْءَاخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ  ۗ أَفَلَا تَعْقِلُونَ

вəмəəль-həйəəтуд-дунйəə ильлəə лə'ибуу-вəлəhу, вəлəд-дəəруль-əəхырōту хōйрул-лильлəз̃иинə йəттəќуун, əфəлəə тə'ќилююн

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?

6:33

قَدْ نَعْلَمُ إِنَّهُۥ لَيَحْزُنُكَ ٱلَّذِى يَقُولُونَ  ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ ٱلظَّٰلِمِينَ بِـَٔايَٰتِ ٱللَّهِ يَجْحَدُونَ

ќōд нə'лəму иннəhу лəйəhзунукəль-лəз̃ии йəќуулююн, фə`иннəhум лəə йукəз̃з̃ибуунəкə вəлəəкиннəз̃-з̃ōōлимиинə би`əəйəəтиль-лəhи йəджhəдуун

Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair və dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə və nişanələrini inkar edirlər.

6:34

وَلَقَدْ كُذِّبَتْ رُسُلٌ مِّن قَبْلِكَ فَصَبَرُواْ عَلَىٰ مَا كُذِّبُواْ وَأُوذُواْ حَتَّىٰٓ أَتَىٰهُمْ نَصْرُنَا  ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَٰتِ ٱللَّهِ  ۚ وَلَقَدْ جَآءَكَ مِن نَّبَإِىْ ٱلْمُرْسَلِينَ

вəлəќōд куз̃з̃ибəт русулюмм-миŋŋ-ќōбликə фəсōбəруу 'əлəə мəə куз̃з̃ибуу вə`ууз̃уу həттəə əтəəhум нəсрунəə, вəлəə мубəддилə ликəлимəəтиль-лəh, вəлəќōд джəə`əкə мин-нəбə`иль-мурсəлиин

Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə, onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır.

6:35

وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ ٱسْتَطَعْتَ أَن تَبْتَغِىَ نَفَقًا فِى ٱلْأَرْضِ أَوْ سُلَّمًا فِى ٱلسَّمَآءِ فَتَأْتِيَهُم بِـَٔايَةٍ  ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمْ عَلَى ٱلْهُدَىٰ  ۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلْجَٰهِلِينَ

вə`иŋŋ-кəəнə кəбурō 'əлэйкə и'рōōдуhум фə`ини-стəтō'тə əŋŋ-тəбтəґийə нəфəќōн фииль-əрды əу сульлəмəн фиис-сəмəə`и фəтə`тийəhумм-би`əəйəh, вəлəу шəə`əл-лаhу лəджəмə'əhум 'əлəəль-hудəə, фəлəə тəкуунəннə минəль-джəəhилиин

Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcuriyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma.

6:36

 ۞ إِنَّمَا يَسْتَجِيبُ ٱلَّذِينَ يَسْمَعُونَ  ۘ وَٱلْمَوْتَىٰ يَبْعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ

иннəмəə йəстəджиибуль-лəз̃иинə йəсмə'уун, вəəльмəутəə йəб'əc̃уhумул-лаhу c̃уммə илəйhи йурджə'уун

Həqiqətən, (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar.

6:37

وَقَالُواْ لَوْلَا نُزِّلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦ  ۚ قُلْ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةً وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

вəќōōлюю лəулəə нуззилə 'əлэйhи əəйəтумм-мир-рōббиh, ќуль иннəл-лаhə ќōōдирун 'əлəə əй-йунəззилə əəйəтəу-вəлəəкиннə əкc̃əрōhум лəə йə'лəмуун

(Kafirlər) dedilər: «Nə üçün ona (Musanın əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır)».

6:38

وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ وَلَا طَٰٓئِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّآ أُمَمٌ أَمْثَالُكُم  ۚ مَّا فَرَّطْنَا فِى ٱلْكِتَٰبِ مِن شَىْءٍ  ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ

вəмəə миŋŋ-дəəббəтин фииль-əрды вəлəə тōō`ирий-йəтыыру биджəнəəhəйhи ильлəə умəмун əмc̃əəлюкум, мəə фəррōтнəə фииль-китəəби миŋŋ-шэй, c̃уммə илəə рōббиhим йуhшəруун

Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar.

6:39

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا صُمٌّ وَبُكْمٌ فِى ٱلظُّلُمَٰتِ  ۗ مَن يَشَإِ ٱللَّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

вəəльлəз̃иинə кəз̃з̃əбуу би`əəйəəтинəə суммуу-вəбукмун фииз̃-з̃улюмəəт, мəй-йəшə`иль-лəhу йудли-ль-hу вəмəй-йəшə йəдж'əльhу 'əлəə сырōōтымм-мустəќиим

Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.

6:40

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ أَوْ أَتَتْكُمُ ٱلسَّاعَةُ أَغَيْرَ ٱللَّهِ تَدْعُونَ إِن كُنتُمْ صَٰدِقِينَ

ќуль əрō`əйтəкум ин əтəəкум 'əз̃əəбул-лаhи əу əтəткумус-сəə'əту əґōйрōл-лаhи тəд'уунə иŋŋ-куŋŋтум сōōдиќиин

De: «Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!»