Müqəddəs Quran / Surələr / 74. Mudəssir
Mudəssir (Libasına bürünmüş)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

74:1

يَٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ

йəə əййуhəəль-муддəc̃c̃ир

Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).

74:2

قُمْ فَأَنذِرْ

ќум фə`əŋŋз̃ир

Qalx və (ins və cin mükəlləflərini) qorxut!

74:3

وَرَبَّكَ فَكَبِّرْ

вəрōббəкə фəкəббир

Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!

74:4

وَثِيَابَكَ فَطَهِّرْ

вəc̃ийəəбəкə фəтōhhир

Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).

74:5

وَٱلرُّجْزَ فَٱهْجُرْ

вəр-руджзə фəəhджур

Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.

74:6

وَلَا تَمْنُن تَسْتَكْثِرُ

вəлəə тəмнуŋŋ-тəстəкc̃ир

Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!

74:7

وَلِرَبِّكَ فَٱصْبِرْ

вəлирōббикə фəəсбир

Və öz Rəbbin üçün səbr et.

74:8

فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ

фə`из̃əə нуќирō фиин-нəəќуур

Elə ki, sura üfürülər.

74:9

فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ

фəз̃əəликə йəумə`из̃ий-йəумун 'əсиир

O gün çətin bir gündür.

74:10

عَلَى ٱلْكَٰفِرِينَ غَيْرُ يَسِيرٍ

'əлəəль-кəəфириинə ґōйру йəсиир

Kafirlər üçün asan deyildir.