Müqəddəs Quran / Surələr / 80. Əbəsə
Əbəsə (Qaşqabağını tökdü)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

80:1

عَبَسَ وَتَوَلَّىٰٓ

'əбəсə вəтəвəльлəə

Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).

80:2

أَن جَآءَهُ ٱلْأَعْمَىٰ

əŋŋ-джəə`əhуль-ə'мəə

O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)

80:3

وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ

вəмəə йудриикə лə'əльлəhу йəззəккəə

Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!

80:4

أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ

əу йəз̃з̃əккəру фəтəŋŋфə'əhуз̃-з̃икрōō

Yaxud (haqq sözü eşitməklə) öyüd-nəsihət alacaq və bu öyüd-nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!

80:5

أَمَّا مَنِ ٱسْتَغْنَىٰ

əммəə мəни-стəґнəə

Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,

80:6

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ

фə`əŋŋтə лəhу тəсōддəə

Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!

80:7

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ

вəмəə 'əлэйкə əльлəə йəззəккəə

Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.

80:8

وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ

вə`əммəə мəŋŋ-джəə`əкə йəс'əə

Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,

80:9

وَهُوَ يَخْشَىٰ

вəhувə йəхшəə

(Özü də Allahından) qorxduğu halda,

80:10

فَأَنتَ عَنْهُ تَلَهَّىٰ

фə`əŋŋтə 'əнhу тəлəhhəə

Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!