Ənfal (Qənimətlər)
8:31

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا قَالُواْ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَٰذَآ ۙ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

вə`из̃əə тутлəə 'əлэйhим əəйəəтунəə ќōōлюю ќōд сəми'нəə лəу нəшəə`у лəќульнəə миc̃лə həəз̃əə ин həəз̃əə ильлəə əсəəтыыруль-əувəлиин

Bizim kitabın ayələri onlara oxunduqda (inadın və təkəbbürün çoxluğundan) «əlbəttə eşitdik; əgər istəsək, biz də bunun kimisini deyərik; bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir» deyərlər.

8:32

وَإِذْ قَالُواْ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍ

вə`из̃ ќōōлююл-лаhуммə иŋŋ-кəəнə həəз̃əə hувəль-həќќō мин 'иŋŋдикə фə`əмтыр 'əлэйнəə hиджəəрōтəмм-минəс-сəмəə`и əви-тинəə би'əз̃əəбин əлиим

Və (yada sal) o zaman(ı) ki, (Quranı inkar edən müşriklər) «ey Allahımız, əgər bu, Sənin tərəfindən (vəd olunmuş) həmin haqdırsa, onda göydən bizə daş yağdır, ya bizim üçün başqa bir ağrılı əzab gətir» dedilər.

8:33

وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ  ۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ

вəмəə кəəнəл-лаhу лийу'əз̃з̃ибəhум вə`əŋŋтə фииhим, вəмəə кəəнəл-лаhу му'əз̃з̃ибəhум вəhум йəстəґфируун

Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir).

8:34

وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَمَا كَانُوٓاْ أَوْلِيَآءَهُۥٓ  ۚ إِنْ أَوْلِيَآؤُهُۥٓ إِلَّا ٱلْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

вəмəə лəhум əльлəə йу'əз̃з̃ибəhумул-лаhу вəhум йəсуддуунə 'əниль-мəсджидиль-həрōōми вəмəə кəəнуу əулийəə`əh, ин əулийəə`уhу ильлəəль-муттəќуунə вəлəəкиннə əкc̃əрōhум лəə йə'лəмуун

Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora (daxil olmaq)dan saxladıqları (camaatın ora daxil olmalarına mane olduqları) halda Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız pərhizkarlardırlar, lakin çoxları bilmirlər.

8:35

وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ ٱلْبَيْتِ إِلَّا مُكَآءً وَتَصْدِيَةً  ۚ فَذُوقُواْ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

вəмəə кəəнə сōлəəтуhум 'иŋŋдəль-бэйти ильлəə мукəə`əу-вəтəсдийəh, фəз̃ууќууль-'əз̃əəбə бимəə куŋŋтум тəкфуруун

Onların Kəbə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!

8:36

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنفِقُونَ أَمْوَٰلَهُمْ لِيَصُدُّواْ عَن سَبِيلِ ٱللَّهِ  ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ  ۗ وَٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ

иннəль-лəз̃иинə кəфəруу йуŋŋфиќуунə əмвəəлəhум лийəсуддуу 'əŋŋ-сəбиилиль-лəh, фəсəйуŋŋфиќуунəhəə c̃уммə тəкууну 'əлэйhим həсрōтəн c̃уммə йуґлəбуун, вəəльлəз̃иинə кəфəруу илəə джəhəннəмə йуhшəруун

Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar.

8:37

لِيَمِيزَ ٱللَّهُ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجْعَلَ ٱلْخَبِيثَ بَعْضَهُۥ عَلَىٰ بَعْضٍ فَيَرْكُمَهُۥ جَمِيعًا فَيَجْعَلَهُۥ فِى جَهَنَّمَ  ۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلْخَٰسِرُونَ

лийəмиизəл-лаhуль-хōбииc̃ə минəт-тōййиби вəйəдж'əлəль-хōбииc̃ə бə'дōhу 'əлəə бə'дын фəйəркумəhу джəмии'əн фəйəдж'əлəhу фии джəhəннəм, уулəə`икə hумуль-хōōсируун

(Onların küfrləri və həmin yoldakı xərcləri səbəb olub) ki, Allah murdarı pakdan (dünyada kafiri mömindən və haramı halaldan) ayırsın və (axirətdə) murdarları bir-birinin üstünə yığıb hamısını üst-üstə qalasın və Cəhənnəmə atsın. (Bəli,) onlardır ziyana uğrayanlar!

8:38

قُل لِّلَّذِينَ كَفَرُوٓاْ إِن يَنتَهُواْ يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُواْ فَقَدْ مَضَتْ سُنَّتُ ٱلْأَوَّلِينَ

ќул-лильлəз̃иинə кəфəруу ий-йəŋŋтəhуу йуґфəр лəhум-мəə ќōд сəлəфə вə`ий-йə'уудуу фəќōд мəдōт суннəтуль-əувəлиин

Kafirlərə de: «Əgər (küfrdən) əl çəksələr (və İslamı qəbul etsələr) keçənlər (günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları və axirət əzabları) onlara bağışlanar. (Amma) əgər (küfrə və haqq ilə mübarizəyə) qayıtsalar, şübhəsiz, (Bizim) əvvəlkilərin (barəsindəki) yolu(muz, Bizim itaətsiz azğınları həlak və məhv etmək barəsindəki ənənəvi qanunumuz) keçmişdir (və bunlarla da elə rəftar edərik)».

8:39

وَقَٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِ  ۚ فَإِنِ ٱنتَهَوْاْ فَإِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ

вəќōōтилююhум həттəə лəə тəкуунə фитнəтуу-вəйəкуунəд-диину куллюhу лильлəh, фə`ини-ŋŋтəhəу фə`иннəл-лаhə бимəə йə'мəлююнə бəсыыр

Onlarla (müşriklərlə) heç bir küfr, fəsad və təhlükə qalmayana və (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər (şirkdən) əl çəksələr, əlbəttə Allah onların etdiklərini görəndir.

8:40

وَإِن تَوَلَّوْاْ فَٱعْلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَوْلَىٰكُمْ  ۚ نِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ

вə`иŋŋ-тəвəльлəу фəə'лəмуу əннəл-лаhə мəулəəкум, ни'мəль-мəулəə вəни'мəн-нəсыыр

Və əgər üz döndərsələr, bilin ki, Allah sizin başçınız və dostunuzdur. O gözəl başçı və dost, gözəl yardımçıdır.