Müqəddəs Quran / Surələr / 91. Şəms
Şəms (Günəş)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

91:1

وَٱلشَّمْسِ وَضُحَىٰهَا

вəш-шəмси вəдуhəəhəə

And olsun günəşə və onun şüasının vüsətinə,

91:2

وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا

вəəльќōмəри из̃əə тəлəəhəə

And olsun (günəşin) ardınca çıxmaqda olan aya.

91:3

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا

вəн-нəhəəри из̃əə джəльлəəhəə

And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.

91:4

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا

вəль-лэйли из̃əə йəґшəəhəə

And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.

91:5

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا

вəс-сəмəə`и вəмəə бəнəəhəə

And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),

91:6

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا

вəəль`əрды вəмəə тōhəəhəə

And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).

91:7

وَنَفْسٍ وَمَا سَوَّىٰهَا

вəнəфсиу-вəмəə сəувəəhəə

Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).

91:8

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا

фə`əльhəмəhəə фуджуурōhəə вəтəќвəəhəə

Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.

91:9

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا

ќōд əфлəhə мəŋŋ-зəккəəhəə

Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!.

91:10

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا

вəќōд хōōбə мəŋŋ-дəссəəhəə

Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!.