أُوْلَٰٓئِكَ لَمْ يَكُونُواْ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ۘ يُضَٰعَفُ لَهُمُ ٱلْعَذَابُ ۚ مَا كَانُواْ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُواْ يُبْصِرُونَ
уулəə`икə лəм йəкуунуу му'джизиинə фииль-əрды вəмəə кəəнə лəhум-миŋŋ-дууниль-лəhи мин əулийəə, йудōō'əфу лəhумуль-'əз̃əəб, мəə кəəнуу йəстəтыы'уунəс-сəм'ə вəмəə кəəнуу йубсыруун
Onlar yer üzündə (Allahı) əsla aciz qoya (Onunla mübarizə apara və ya Onun əzabından qaçıb qurtula) bilməzlər və onlar üçün Allahdan başqa yardımçı və başçılar yoxdur. Onların axirət əzabı (özlərinin və onlara tabe olanların əməllərnin cəzası olaraq) ikiqat olacaqdır. Onların (haqqı) eşitməyə taqətləri yox idi və heç vaxt (qəlb gözü ilə) haqqı görmürdülər.
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ
уулəə`икəль-лəз̃иинə хōсируу əŋŋфусəhум вəдōльлə 'əнhум-мəə кəəнуу йəфтəруун
Öz vücudlarını ziyana vermiş kəslər onlardır və uydurduqları şey (onların yalançı məbudları) onlardan qeyb oldu və yoxa çıxdı.
لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْءَاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ
лəə джəрōмə əннəhум фииль-əəхырōти hумуль-əхсəруун
Şübhəsiz, axirətdə hamıdan çox ziyana uğrayan (da) onlardır.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَأَخْبَتُوٓاْ إِلَىٰ رَبِّهِمْ أُوْلَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ
иннəль-лəз̃иинə əəмəнуу вə'əмилююс-сōōлиhəəти вə`əхбəтуу илəə рōббиhим уулəə`икə əсhəəбуль-джəннəh, hум фииhəə хōōлидуун
Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar.
۞ مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ
мəc̃əлюль-фəрииќōйни кəəль`ə'мəə вəəль`əсōмми вəəльбəсыыри вəс-сəмии', həль йəстəвийəəни мəc̃əлə, əфəлəə тəз̃əккəруун
Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə və eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌ مُّبِينٌ
вəлəќōд əрсəльнəə нууhəн илəə ќōумиhи иннии лəкум нəз̃иирумм-мубиин
Həqiqətən, Nuhu öz qövmünə göndərdik ki (onlara de): «Şübhəsiz, mən sizin üçün (Allah tərəfindən açıq-aşkar) bir qorxudanam».
أَن لَّا تَعْبُدُوٓاْ إِلَّا ٱللَّهَ ۖ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ
əль-лəə тə'будуу ильлəл-лаh, иннии əхōōфу 'əлэйкум 'əз̃əəбə йəумин əлиим
«Allahdan başqasına ibadət etməyin. Həqiqətən, mən sizin üçün ağrılı günün əzabından qorxuram».
فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَٰذِبِينَ
фəќōōлəль-мəлə`уль-лəз̃иинə кəфəруу миŋŋ-ќōумиhи мəə нəрōōкə ильлəə бəшəрōмм-миc̃лəнəə вəмəə нəрōōкə-ттəбə'əкə ильлəəль-лəз̃иинə hум əрōōз̃илюнəə бəəдийəр-рō`йи вəмəə нəрōō лəкум 'əлэйнəə миŋŋ-фəдлимм-бəль нəз̃уннукум кəəз̃ибиин
Beləliklə, onun qövmünün küfr edən əyan və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa – (onlar da) fikirləşmədən və elə ilk baxışda – tabe olan bir kəs görmürük. Həmçinin sizdə özümüzdən heç bir üstünlük görmürük, əksinə, sizi yalançı hesab edirik».
قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةً مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَٰرِهُونَ
ќōōлə йəə ќōуми əрō`əйтум иŋŋ-куŋŋту 'əлəə бэййинəтимм-мир-рōббии вə`əəтəəнии рōhмəтəмм-мин 'иŋŋдиhи фə'уммийəт 'əлэйкум əнульзимукумууhəə вə`əŋŋтум лəhəə кəəриhуун
Nuh dedi: «Ey mənim qövmüm, mənə bir deyin görüm: Əgər mən Rəbbim tərəfindən (kamil möcüzə kimi) açıq-aydın bir dəlilə söykənmiş olsam və O, mənə Öz tərəfindən bir rəhmət (İlahi risalətin ləvazımatından olan elm və şəriət kitabı) əta etmiş olsa və o (inadınız və möcüzəyə diqqət yetirməməyiniz üzündən) sizə gizli qalmış olsa, istəmədiyiniz halda sizi ona vadar edə bilərikmi (halbuki ağıl baxımından və Allahın cari qanunlarına əsasən dində məcburiyyət yoxdur)?!