Müqəddəs Quran / Cüz / Cüz 2
Cüz 2
2:177

 ۞ لَّيْسَ ٱلْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَلَٰكِنَّ ٱلْبِرَّ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَٱلْمَلَٰٓئِكَةِ وَٱلْكِتَٰبِ وَٱلنَّبِيِّۦنَ وَءَاتَى ٱلْمَالَ عَلَىٰ حُبِّهِۦ ذَوِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَٱلسَّآئِلِينَ وَفِى ٱلرِّقَابِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَٱلْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَٰهَدُواْ  ۖ وَٱلصَّٰبِرِينَ فِى ٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ وَحِينَ ٱلْبَأْسِ  ۗ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ صَدَقُواْ  ۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلْمُتَّقُونَ

лэйсəль-биррō əŋŋ-тувəллюю вуджууhəкум ќибəлəль-мəшриќи вəəльмəґриби вəлəəкиннəль-биррō мəн əəмəнə биль-лəhи вəəльйəумиль-əəхыри вəəльмəлəə`икəти вəəлькитəəби вəн-нəбиййиинə вə`əəтəəль-мəəлə 'əлəə hуббиhи з̃əвииль-ќурбəə вəəльйəтəəмəə вəəльмəсəəкиинə вəəбнəс-сəбиили вəс-сəə`илиинə вəфиир-риќōōби вə`əќōōмəс-сōлəəтə вə`əəтəəз-зəкəəтə вəəльмууфуунə би'əhдиhим из̃əə 'əəhəдуу, вəс-сōōбириинə фииль-бə`сəə`и вəд-дōррōō`и вəhиинəль-бə`с, уулəə`икəль-лəз̃иинə сōдəќуу, вə`уулəə`икə hумуль-муттəќуун

Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.)

2:178

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيْكُمُ ٱلْقِصَاصُ فِى ٱلْقَتْلَى  ۖ ٱلْحُرُّ بِٱلْحُرِّ وَٱلْعَبْدُ بِٱلْعَبْدِ وَٱلْأُنثَىٰ بِٱلْأُنثَىٰ  ۚ فَمَنْ عُفِىَ لَهُۥ مِنْ أَخِيهِ شَىْءٌ فَٱتِّبَاعٌۢ بِٱلْمَعْرُوفِ وَأَدَآءٌ إِلَيْهِ بِإِحْسَٰنٍ  ۗ ذَٰلِكَ تَخْفِيفٌ مِّن رَّبِّكُمْ وَرَحْمَةٌ  ۗ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌ

йəə əййуhəəль-лəз̃иинə əəмəнуу кутибə 'əлэйкумуль-ќисōōсу фииль-ќōтлəə, əльhурру би-ль-hурри вəəль'əбду би-ль-'əбди вəəль`уŋŋc̃əə би-ль-уŋŋc̃əə, фəмəн 'уфийə лəhу мин əхыыhи шэй`ун фəəттибəə'умм-би-ль-мə'рууфи вə`əдəə`ун илəйhи би`иhсəəн, з̃əəликə тəхфиифумм-мир-рōббикум вəрōhмəh, фəмəни-'тəдəə бə'дə з̃əəликə фəлəhу 'əз̃əəбун əлиим

Ey iman gətirənlər, sizə (qəsdən) öldürülənlər barəsində qisas (hökmü) yazılmış və qərara alınmışdır: azad şəxsin müqabilində azad, qulun müqabilində qul və qadının müqabilində qadın. Beləliklə, kim (hər hansı bir qatil) öz (din) qardaşı (öldürülənin qəyyumu) tərəfindən müəyyən qədər əfv olunsa (qəyyum bütün qisas haqqını, yaxud onun bir hissəsini bağışlasa və ya onu qanbahası ilə əvəz etsə), onda (əfv edən tərəf qalan hissələr barəsində, ya diyənin alınmasında) bəyənilən bir yol seçməlidir və (qatil də) diyəni ona yaxşılıqla (xoşluqla), gözəl surətdə ödəməlidir. (Yerinə yetirilməsi eyni ilə zəruri deyil seçimlə ixtiyari olan) bu (qisas hökmü), sizin Rəbbiniz tərəfindən bir yüngüllük və rəhmətdir. Odur ki, kim əfv etdikdən sonra həddini aşsa (qatili öldürsə), onun üçün ağrılı bir əzab vardır.

2:179

وَلَكُمْ فِى ٱلْقِصَاصِ حَيَوٰةٌ يَٰٓأُوْلِى ٱلْأَلْبَٰبِ لَعَلَّكُمْ تَتَّقُونَ

вəлəкум фииль-ќисōōсы həйəəтуй-йəə уулииль-əльбəəби лə'əльлəкум тəттəќуун

Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır (cəmiyyətin həyatı qisas hökmünün həyata keçirilməsindədir), (ki) bəlkə (nahaq qanlar axıtmaqdan) çəkinəsiniz.

2:180

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ إِن تَرَكَ خَيْرًا ٱلْوَصِيَّةُ لِلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ بِٱلْمَعْرُوفِ  ۖ حَقًّا عَلَى ٱلْمُتَّقِينَ

кутибə 'əлэйкум из̃əə həдōрō əhəдəкумуль-мəуту иŋŋ-тəрōкə хōйрōнль-вəсыййəту ли-ль-вəəлидəйни вəəль`əќрōбиинə би-ль-мə'рууф, həќќōн 'əлəəль-муттəќиин

Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır.

2:181

فَمَنۢ بَدَّلَهُۥ بَعْدَمَا سَمِعَهُۥ فَإِنَّمَآ إِثْمُهُۥ عَلَى ٱلَّذِينَ يُبَدِّلُونَهُۥٓ  ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ

фəмəмм-бəддəлəhу бə'дəмəə сəми'əhу фə`иннəмəə иc̃муhу 'əлəəль-лəз̃иинə йубəддилююнəh, иннəл-лаhə сəмии'ун 'əлиим

Odur ki, kim onu (həmin vəsiyyəti) eşitdikdən sonra dəyişdirsə (tərk və ya təhrif etsə), günahı yalnız onu dəyişdirənlərin boynunadır. Şübhəsiz, Allah eşidən və biləndir.