Müqəddəs Quran / Cüz / Cüz 3
Cüz 3
3:84

قُلْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيْنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

ќуль əəмəннəə биль-лəhи вəмəə уŋŋзилə 'əлэйнəə вəмəə уŋŋзилə 'əлəə ибрōōhиимə вə`исмəə'иилə вə`исhəəќō вəйə'ќуубə вəəль`əсбəəты вəмəə уутийə муусəə вə'иисəə вəн-нəбиййуунə мир-рōббиhим лəə нуфəрриќу бэйнə əhəдимм-минhум вəнəhну лəhу муслимуун

De: «Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcə də Musaya, İsaya və (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik (və onların peyğəmbərliklərinə və bir Allah tərəfindən göndərilmələrinə etiqad baxımından) onların heç birisinin arasında fərq qoymuruq və biz yalnız Ona təslimik».

3:85

وَمَن يَبْتَغِ غَيْرَ ٱلْإِسْلَٰمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِى ٱلْءَاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ

вəмəй-йəбтəґи ґōйрōль-ислəəми диинəн фəлэй-йуќбəлə минhу вəhувə фииль-əəхырōти минəль-хōōсириин

Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir.

3:86

كَيْفَ يَهْدِى ٱللَّهُ قَوْمًا كَفَرُواْ بَعْدَ إِيمَٰنِهِمْ وَشَهِدُوٓاْ أَنَّ ٱلرَّسُولَ حَقٌّ وَجَآءَهُمُ ٱلْبَيِّنَٰتُ  ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

кəйфə йəhдиил-лаhу ќōумəн кəфəруу бə'дə иимəəниhим вəшəhидуу əннəр-рōсуулə həќќуу-вəджəə`əhумуль-бэййинəəт, вəл-лаhу лəə йəhдииль-ќōумəз̃-з̃ōōлимиин

İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etməz.

3:87

أُوْلَٰٓئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ ٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

уулəə`икə джəзəə`уhум əннə 'əлэйhим лə'нəтəл-лаhи вəəльмəлəə`икəти вəн-нəəси əджмə'иин

Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır.

3:88

خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ

хōōлидиинə фииhəə лəə йухōффəфу 'əнhумуль-'əз̃əəбу вəлəə hум йуŋŋз̃ōруун

O lənətdə həmişəlikdirlər. Onların əzabı yüngülləşdirilməyəcək, onlara (rəhmət və ehsan) nəzər(i) salınmayacaq və qərara alınmış əzablarının təxirə düşməsi üçün onlara möhlət verilməyəcəkdir.

3:89

إِلَّا ٱلَّذِينَ تَابُواْ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

ильлəəль-лəз̃иинə тəəбуу мимм-бə'ди з̃əəликə вə`əслəhуу фə`иннəл-лаhə ґōфуурур-рōhиим

Ondan sonra tövbə edən və ləyaqət taparaq öz işlərini islah etməyə başlayan kəslər istisna olmaqla! Allah çox bağışlayan və mehribandır.

3:90

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بَعْدَ إِيمَٰنِهِمْ ثُمَّ ٱزْدَادُواْ كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلضَّآلُّونَ

иннəль-лəз̃иинə кəфəруу бə'дə иимəəниhим c̃уммə-здəəдуу куфрōль-лəŋŋ-туќбəлə тəубəтуhум вə`уулəə`икə hумуд-дōōллююн

Həqiqətən, imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır.) Onlardır doğru yoldan azanlar.

3:91

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ ٱلْأَرْضِ ذَهَبًا وَلَوِ ٱفْتَدَىٰ بِهِۦٓ  ۗ أُوْلَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

иннəль-лəз̃иинə кəфəруу вəмəəтуу вəhум куффəəрун фəлэй-йуќбəлə мин əhəдиhим-миль`уль-əрды з̃əhəбəу-вəлəви-фтəдəə биh, уулəə`икə лəhум 'əз̃əəбун əлиимуу-вəмəə лəhум-мин-нəəсыриин

Həqiqətən, kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır.