Müqəddəs Quran / Cüz / Cüz 4
Cüz 4
3:187

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُواْ ٱلْكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمْ وَٱشْتَرَوْاْ بِهِۦ ثَمَنًا قَلِيلًا  ۖ فَبِئْسَ مَا يَشْتَرُونَ

вə`из̃ əхōз̃əл-лаhу мииc̃əəќōль-лəз̃иинə уутууль-китəəбə лəтубəййинуннəhу лин-нəəси вəлəə тəктумуунəhу фəнəбəз̃ууhу вəрōō`ə з̃уhууриhим вəəштəрōу биhи c̃əмəнəн ќōлиилə, фəби`сə мəə йəштəруун

Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir.

3:188

لَا تَحْسَبَنَّ ٱلَّذِينَ يَفْرَحُونَ بِمَآ أَتَواْ وَّيُحِبُّونَ أَن يُحْمَدُواْ بِمَا لَمْ يَفْعَلُواْ فَلَا تَحْسَبَنَّهُم بِمَفَازَةٍ مِّنَ ٱلْعَذَابِ  ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

лəə тəhсəбəннəль-лəз̃иинə йəфрōhуунə бимəə əтəу-вəйуhиббуунə əй-йуhмəдуу бимəə лəм йəф'əлюю фəлəə тəhсəбəннəhумм-бимəфəəзəтимм-минəль-'əз̃əəб, вəлəhум 'əз̃əəбун əлиим

Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli, güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır.

3:189

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ  ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

вəлильлəhи мулькус-сəмəəвəəти вəəль`əрд, вəл-лаhу 'əлəə кулли шэй`ин ќōдиир

Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir.

3:190

إِنَّ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ لَءَايَٰتٍ لِّأُوْلِى ٱلْأَلْبَٰبِ

иннə фии хōльќис-сəмəəвəəти вəəль`əрды вəəхтилəəфиль-лэйли вəн-нəhəəри лə`əəйəəтил-ли`уулииль-əльбəəб

Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır.

3:191

ٱلَّذِينَ يَذْكُرُونَ ٱللَّهَ قِيَٰمًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَٰطِلًا سُبْحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ

əльлəз̃иинə йəз̃куруунəл-лаhə ќийəəмəу-вəќу'уудəу-вə'əлəə джунуубиhим вəйəтəфəккəруунə фии хōльќис-сəмəəвəəти вəəль`əрды рōббəнəə мəə хōлəќтə həəз̃əə бəəтылəн субhəəнəкə фəќинəə 'əз̃əəбəн-нəəр

O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: «Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru».

3:192

رَبَّنَآ إِنَّكَ مَن تُدْخِلِ ٱلنَّارَ فَقَدْ أَخْزَيْتَهُۥ  ۖ وَمَا لِلظَّٰلِمِينَ مِنْ أَنصَارٍ

рōббəнəə иннəкə мəŋŋ-тудхылин-нəəрō фəќōд əхзəйтəh, вəмəə лиз̃-з̃ōōлимиинə мин əŋŋсōōр

«Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır».

3:193

رَّبَّنَآ إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِى لِلْإِيمَٰنِ أَنْ ءَامِنُواْ بِرَبِّكُمْ فَـَٔامَنَّا  ۚ رَبَّنَا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلْأَبْرَارِ

рōббəнəə иннəнəə сəми'нəə мунəəдийəй-йунəəдии ли-ль-иимəəни əн əəминуу бирōббикум фə`əəмəннəə, рōббəнəə фəəґфир лəнəə з̃унуубəнəə вəкəффир 'əннəə сəййи`əəтинəə вəтəвəффəнəə мə'əль-əбрōōр

«Ey Rəbbimiz! Həqiqətən, biz «Rəbbinizə iman gətirin!» – deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»

3:194

رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ ٱلْقِيَٰمَةِ  ۗ إِنَّكَ لَا تُخْلِفُ ٱلْمِيعَادَ

рōббəнəə вə`əəтинəə мəə вə'əттəнəə 'əлəə русуликə вəлəə тухзинəə йəумəль-ќийəəмəh, иннəкə лəə тухлифуль-мии'əəд

«Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən, Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».