قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِىٓ إِن كُنتُمْ فَٰعِلِينَ
ќōōлə həə`улəə`и бəнəəтии иŋŋ-куŋŋтум фəə'илиин
Dedi: «Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır». (Öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi).
لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ
лə'əмрукə иннəhум лəфии сəкрōтиhим йə'мəhуун
Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər.
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُشْرِقِينَ
фə`əхōз̃əтhумус-сōйhəту мушриќиин
Və (nəhayət) günəş çıxan zaman onları (göydən gələn) səs bürüdü.
فَجَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ
фəджə'əльнəə 'əəлийəhəə сəəфилəhəə вə`əмтōрнəə 'əлэйhим hиджəəрōтəмм-миŋŋ-сиджджииль
Beləliklə, onların şəhərlərini al-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.
إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّلْمُتَوَسِّمِينَ
иннə фии з̃əəликə лə`əəйəəтил-ли-ль-мутəвəссимиин
Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.
وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقِيمٍ
вə`иннəhəə лəбисəбиилимм-муќиим
Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).
إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لِّلْمُؤْمِنِينَ
иннə фии з̃əəликə лə`əəйəтəл-ли-ль-му`миниин
Və həqiqətən, bunda (bu hadisədə) iman əhli üçün (Haqqın qüdrəti və batilin cəzası barəsində) bir nişanə vardır.
وَإِن كَانَ أَصْحَٰبُ ٱلْأَيْكَةِ لَظَٰلِمِينَ
вə`иŋŋ-кəəнə əсhəəбуль-əйкəти лəз̃ōōлимиин
Və həqiqətən, «Əykə»nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi.
فَٱنتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
фəəŋŋтəќōмнəə минhум вə`иннəhумəə лəби`имəəмимм-мубиин
Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.