Hicr (Hicr)
15:11

وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسْتَهْزِءُونَ

вəмəə йə`тииhим-мир-рōсуулин ильлəə кəəнуу биhи йəстəhзи`уун

Və onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.

15:12

كَذَٰلِكَ نَسْلُكُهُۥ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ

кəз̃əəликə нəслюкуhу фии ќулююбиль-муджримиин

Biz beləcə bu Quranı (höccəti tamam etmək üçün, ona istehza olunmasını isə bədbəxtliklərinə uyğun olaraq) günahkarların qəlblərinə yeridərik.

15:13

لَا يُؤْمِنُونَ بِهِۦ  ۖ وَقَدْ خَلَتْ سُنَّةُ ٱلْأَوَّلِينَ

лəə йу`минуунə биh, вəќōд хōлəт суннəтуль-əувəлиин

Halbuki ona iman gətirməzlər. Əlbəttə, keçmişdəkilərin yolu da keçmişdir (onlar da belə idilər).

15:14

وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعْرُجُونَ

вəлəу фəтəhнəə 'əлэйhимм-бəəбəмм-минəс-сəмəə`и фəз̃ōллюю фииhи йə'руджуун

Əgər göydən onların üzünə bir qapı açsaydıq və onlar daim oradan yuxarı çıxsaydılar (və bütün aləmləri görsəydilər),

15:15

لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتْ أَبْصَٰرُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ

лəќōōлюю иннəмəə суккирōт əбсōōрунəə бəль нəhну ќōумумм-мəсhууруун

yenə də «həqiqətən, bizim gözümüz bağlanmışdır, əslində biz cadu olunmuş (sehirlənmiş) bir dəstəyik» deyərdilər.

15:16

وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ

вəлəќōд джə'əльнəə фиис-сəмəə`и бурууджəу-вəзəййəннəəhəə лин-нəəз̃ыриин

Həqiqətən, Biz göydə (günəşin il uzunu ətrafına fırlandığı) bürclər yaratdıq və onu baxanlar üçün (ulduzlarla) zinətləndirdik.

15:17

وَحَفِظْنَٰهَا مِن كُلِّ شَيْطَٰنٍ رَّجِيمٍ

вəhəфиз̃нəəhəə миŋŋ-кулли шэйтōōнир-рōджиим

Və onu hər bir qovulmuş şeytandan qoruduq (şeytanların oraya qalxaraq mələklər aləminin sirlərindən xəbərdar olmaq qüdrətləri yoxdur).

15:18

إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌ مُّبِينٌ

ильлəə мəни-стəрōќōс-сəм'ə фə`əтбə'əhу шиhəəбумм-мубиин

Gizlicə qulaq asan istisna olmaqla ki, onu aydın bir şölə təqib edər.

15:19

وَٱلْأَرْضَ مَدَدْنَٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ شَىْءٍ مَّوْزُونٍ

вəəль`əрдō мəдəднəəhəə вə`əльќōйнəə фииhəə рōвəəсийə вə`əмм-бəтнəə фииhəə миŋŋ-кулли шэй`имм-мəузуун

Və bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik.

15:20

وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسْتُمْ لَهُۥ بِرَٰزِقِينَ

вəджə'əльнəə лəкум фииhəə мə'əəйишə вəмəль-лəстум лəhу бирōōзиќиин

Və orada sizin üçün və ruzisini sizin vermədikləriniz (heyvanlar və cinlər) üçün hər cür yaşayış vasitələri qoyduq.