Müqəddəs Quran / Surələr / 2. Bəqərə
Bəqərə (İnək)
2:51

وَإِذْ وَٰعَدْنَا مُوسَىٰٓ أَرْبَعِينَ لَيْلَةً ثُمَّ ٱتَّخَذْتُمُ ٱلْعِجْلَ مِنۢ بَعْدِهِۦ وَأَنتُمْ ظَٰلِمُونَ

вə`из̃ вəə'əднəə муусəə əрбə'иинə лэйлəтəн c̃уммə-ттəхōз̃тумуль-'иджлə мимм-бə'диhи вə`əŋŋтум з̃ōōлимуун

Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.

2:52

ثُمَّ عَفَوْنَا عَنكُم مِّنۢ بَعْدِ ذَٰلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ

c̃уммə 'əфəунəə 'əŋŋкум-мимм-бə'ди з̃əəликə лə'əльлəкум тəшкуруун

Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükr edəsiniz.

2:53

وَإِذْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَٱلْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ

вə`из̃ əəтəйнəə муусəəль-китəəбə вəəльфурќōōнə лə'əльлəкум тəhтəдуун

Və (yadınıza salın) o zaman(ı) ki, Musaya (səma) kitab(ı) və (haqqı batildən) ayıran verdik ki, bəlkə hidayət olunasınız.

2:54

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلْعِجْلَ فَتُوبُوٓاْ إِلَىٰ بَارِئِكُمْ فَٱقْتُلُوٓاْ أَنفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ  ۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

вə`из̃ ќōōлə муусəə лиќōумиhи йəə ќōуми иннəкум з̃ōлəмтум əŋŋфусəкумм-биттихōōз̃икумуль-'иджлə фəтуубуу илəə бəəри`икум фəəќтулюю əŋŋфусəкум з̃əəликум хōйруль-лəкум 'иŋŋдə бəəри`икум фəтəəбə 'əлэйкум, иннəhу hувəт-тəувəəбур-рōhиим

Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, həqiqətən, siz buzova sitayiş etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf (qayıdaraq) tövbə edin və özünüzü öldürün (tövbə və zahidliklə öz nəfsi istəklərinizi öldürün. Yaxud günahsızlar buzova sitayiş edənləri öldürsünlər) ki, bu əməl Yaradanınızın yanında sizin üçün daha yaxşıdır». Beləliklə, (belə etdikdən sonra), Allah sizə nəzər saldı və sizin tövbənizi qəbul etdi, (çün)ki O, çox tövbə qəbul edən və mehribandır.

2:55

وَإِذْ قُلْتُمْ يَٰمُوسَىٰ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ ٱلصَّٰعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ

вə`из̃ ќультум йəə муусəə лəн-ну`минə лəкə həттəə нəрōōл-лаhə джəhрōтəн фə`əхōз̃əткумус-сōō'иќōту вə`əŋŋтум тəŋŋз̃уруун

Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, Allahı aşkar surətdə görməyincə, sənə əsla iman gətirməyəcəyik». Beləliklə, gözünüz baxa-baxa sizi ildırım vurdu.

2:56

ثُمَّ بَعَثْنَٰكُم مِّنۢ بَعْدِ مَوْتِكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

c̃уммə бə'əc̃нəəкум-мимм-бə'ди мəутикум лə'əльлəкум тəшкуруун

Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükr edəsiniz.

2:57

وَظَلَّلْنَا عَلَيْكُمُ ٱلْغَمَامَ وَأَنزَلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ  ۖ كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ  ۖ وَمَا ظَلَمُونَا وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمْ يَظْلِمُونَ

вəз̃ōльлəльнəə 'əлэйкумуль-ґōмəəмə вə`əŋŋзəльнəə 'əлэйкумуль-мəннə вəс-сəльвəə, кулюю миŋŋ-тōййибəəти мəə рōзəќнəəкум, вəмəə з̃ōлəмуунəə вəлəəкиŋŋ-кəəнуу əŋŋфусəhум йəз̃лимуун

Və (Sina səhrasında sərgərdan qaldığınız zaman) buluddan başınız üzərində kölgəlik düzəltdik və sizə «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin endirdik (və dedik:) «ruziniz etdiyimiz pak təamlardan yeyin». Onlar (itaətsizlik və naşükürlük etməklə) Bizə zülm etmədilər, lakin özlərinə zülm edirdilər.

2:58

وَإِذْ قُلْنَا ٱدْخُلُواْ هَٰذِهِ ٱلْقَرْيَةَ فَكُلُواْ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَٱدْخُلُواْ ٱلْبَابَ سُجَّدًا وَقُولُواْ حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطَٰيَٰكُمْ  ۚ وَسَنَزِيدُ ٱلْمُحْسِنِينَ

вə`из̃ ќульнəə-дхулюю həəз̃иhиль-ќōрйəтə фəкулюю минhəə həйc̃у ши`тум рōґōдəу-вəəдхулююль-бəəбə суджджəдəу-вəќуулюю hиттōтун-ннəґфир лəкум хōтōōйəəкум, вəсəнəзиидуль-муhсиниин

Və (yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və oranın istədiyiniz yerindən bolluca yeyin və bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun və «(İlahi, bizim istəyimiz) günahların tökülməsidir» deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq.

2:59

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ قَوْلًا غَيْرَ ٱلَّذِى قِيلَ لَهُمْ فَأَنزَلْنَا عَلَى ٱلَّذِينَ ظَلَمُواْ رِجْزًا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفْسُقُونَ

фəбəддəлəль-лəз̃иинə з̃ōлəмуу ќōулəн ґōйрōль-лəз̃ии ќиилə лəhум фə`əŋŋзəльнəə 'əлəəль-лəз̃иинə з̃ōлəмуу риджзəмм-минəс-сəмəə`и бимəə кəəнуу йəфсуќуун

Lakin zülm edənlər (Allahın kəlamını) onlara deyiləndən başqa şəkilə saldılar (məsələn, günahların bağışlanmasını istəmək əvəzinə buğda istədilər). Biz də zülm edənlərə itaətdən çıxdıqlarına görə göydən əzab nazil etdik.

2:60

 ۞ وَإِذِ ٱسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِۦ فَقُلْنَا ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ  ۖ فَٱنفَجَرَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًا  ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ  ۖ كُلُواْ وَٱشْرَبُواْ مِن رِّزْقِ ٱللَّهِ وَلَا تَعْثَوْاْ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

вə`из̃и-стəсќōō муусəə лиќōумиhи фəќульнəə-дриб-би'əсōōкəль-həджəр, фəəŋŋфəджəрōт минhу-c̃нəтəə 'əшрōтə 'əйнə, ќōд 'əлимə куллю унəəсимм-мəшрōбəhум, кулюю вəəшрōбуу мир-ризќиль-лəhи вəлəə тə'c̃əу фииль-əрды муфсидиин

Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmü üçün su istəyəndə (ona) «əsanı o daşa vur» dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan on iki qəbilə üçün) on iki çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): «Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin».