إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ
илəə рōббикə йəумə`из̃инль-мустəќōрр
O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).
يُنَبَّؤُاْ ٱلْإِنسَٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ
йунəббə`уль-иŋŋсəəну йəумə`из̃имм-бимəə ќōддəмə вə`əххōр
O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir.
بَلِ ٱلْإِنسَٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌ
бəлиль-иŋŋсəəну 'əлəə нəфсиhи бəсыырōh
(Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir.
وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ
вəлəу əльќōō мə'əəз̃иирōh
Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.
لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ
лəə туhəррик биhи лисəəнəкə литə'джəлə биh
(Quran nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Quranın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi – vaxtı yetişməzdən öncə – dilinə gətirmə).
إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ
иннə 'əлэйнəə джəм'əhу вəќур`əəнəh
Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir.
فَإِذَا قَرَأْنَٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ
фə`из̃əə ќōрō`нəəhу фəəттəби' ќур`əəнəh
Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol.
ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ
c̃уммə иннə 'əлэйнəə бəйəəнəh
Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.