Müqəddəs Quran / Surələr / 83. Mutəffifin
Mutəffifin (Çəkidə aldadanlar)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

83:1

وَيْلٌ لِّلْمُطَفِّفِينَ

вəйлюл-ли-ль-мутōффифиин

Vay halına əskik satanların!

83:2

ٱلَّذِينَ إِذَا ٱكْتَالُواْ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ

əльлəз̃иинə из̃əə-ктəəлюю 'əлəəн-нəəси йəстəуфуун

O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alarlar,

83:3

وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ

вə`из̃əə кəəлююhум əу-вəзəнууhум йухсируун

Onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onu əskildərlər.

83:4

أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ

əлəə йəз̃унну уулəə`икə əннəhум-мəб'ууc̃уун

Məgər onlar güman etmirlərmi ki, (haqq-hesab üçün) dirildiləcəklər,

83:5

لِيَوْمٍ عَظِيمٍ

лийəумин 'əз̃ыым

Böyük bir gündə?!

83:6

يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَٰلَمِينَ

йəумə йəќуумун-нəəсу лирōббиль-'əəлəмиин

O gün bütün insanlar (haqq-hesab və mühakimə olunmaq üçün) aləmlərin Rəbbinin hüzurunda duracaqlar!

83:7

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍ

кəльлəə иннə китəəбəль-фуджджəəри лəфии сиджджиин

Belə deyildir (Onların güman etdiyi kimi deyil. Onlar güman edirlər ki, heç bir hesab-kitab yoxdur). Şübhəsiz, pis əməl sahiblərinin cəza əməl dəftəri «Siccin»dədir.

83:8

وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌ

вəмəə əдрōōкə мəə сиджджиин

Və sən nə bilirsən ki, «Siccin» nədir?

83:9

كِتَٰبٌ مَّرْقُومٌ

китəəбумм-мəрќуум

(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (bütün pis əməl sahiblərinin cəzası orada qeyd olunmuşdur).

83:10

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

вəйлюй-йəумə`из̃ил-ли-ль-мукəз̃з̃ибиин

Vay halına o gün təkzib edənlərin.