إِنَّ ٱلَّذِى فَرَضَ عَلَيْكَ ٱلْقُرْءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٍ ۚ قُل رَّبِّىٓ أَعْلَمُ مَن جَآءَ بِٱلْهُدَىٰ وَمَنْ هُوَ فِى ضَلَٰلٍ مُّبِينٍ
иннəль-лəз̃ии фəрōдō 'əлэйкəль-ќур`əəнə лəрōōддукə илəə мə'əəд, ќур-рōббии ə'лəму мəŋŋ-джəə`ə би-ль-hудəə вəмəн hувə фии дōлəəлимм-мубиин
(Ya Peyğəmbər!) Şübhəsiz, bu Quranı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır. De: «Mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir».
وَمَا كُنتَ تَرْجُوٓاْ أَن يُلْقَىٰٓ إِلَيْكَ ٱلْكِتَٰبُ إِلَّا رَحْمَةً مِّن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِّلْكَٰفِرِينَ
вəмəə куŋŋтə тəрджуу əй-йульќōō илəйкəль-китəəбу ильлəə рōhмəтəмм-мир-рōббик, фəлəə тəкуунəннə з̃ōhиирōл-ли-ль-кəəфириин
Bu kitabın sənə nazil olacağına ümid etmirdin, lakin (o) sənin Rəbbin tərəfindən olan bir rəhmət sayəsində nazil oldu. Buna görə də əsla kafirlərə arxa olma.
وَلَا يَصُدُّنَّكَ عَنْ ءَايَٰتِ ٱللَّهِ بَعْدَ إِذْ أُنزِلَتْ إِلَيْكَ ۖ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ
вəлəə йəсуддуннəкə 'əн əəйəəтиль-лəhи бə'дə из̃ уŋŋзилəт илəйк, вəəд'у илəə рōббик, вəлəə тəкуунəннə минəль-мушрикиин
Və məbada (Quran) sənə nazil edildikdən sonra (düşmənlər) səni Allahın ayələrinə (əməl etməkdən və camaata çatdırmaq)dan saxlayalar. (İnsanları) Rəbbinə sarı dəvət et və əsla müşriklərdən olma!
وَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ ۘ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَىْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُۥ ۚ لَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ
вəлəə тəд'у мə'əл-лаhи илəəhəн əəхōр, лəə илəəhə ильлəə hуу, куллю шэй`ин həəликун ильлəə вəджhəh, лəhуль-hукму вə`илəйhи турджə'уун
Və yeganə olan Allahla yanaşı başqa bir tanrı çağırma, Ondan başqa (heç) bir tanrı yoxdur. Yalnız Onun zatından başqa (vücudu mümkün olan) hər şey məhv və puç olmağa məhkumdur. (Çünki O, vücudu vacib olandır, varlıq aləmi üzərində) hakimiyyət (varlıq aləmində olan ən nüfuzlu əmr və bütün ixtilaflarda haqq üzrə hakimlik) Ona məxsusdur. Və (siz) Ona tərəf qaytarılacaqsınız!
الٓمٓ
Алиф, лəм, мим.
Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmməd (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
أَحَسِبَ ٱلنَّاسُ أَن يُتْرَكُوٓاْ أَن يَقُولُوٓاْ ءَامَنَّا وَهُمْ لَا يُفْتَنُونَ
əhəсибəн-нəəсу əй-йутрōкуу əй-йəќуулюю əəмəннəə вəhум лəə йуфтəнуун
Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!
وَلَقَدْ فَتَنَّا ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ ٱللَّهُ ٱلَّذِينَ صَدَقُواْ وَلَيَعْلَمَنَّ ٱلْكَٰذِبِينَ
вəлəќōд фəтəннəəль-лəз̃иинə миŋŋ-ќōблиhим, фəлəйə'лəмəннəл-лаhуль-лəз̃иинə сōдəќуу вəлəйə'лəмəннəль-кəəз̃ибиин
Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə, Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar.
أَمْ حَسِبَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ أَن يَسْبِقُونَا ۚ سَآءَ مَا يَحْكُمُونَ
əм həсибəль-лəз̃иинə йə'мəлююнəс-сəййи`əəти əй-йəсбиќуунəə, сəə`ə мəə йəhкумуун
Yoxsa (etiqadlarıyla və əməlləriylə) günahlara batanlar (hesab-kitab və cəza məqamında) Bizdən sovuşacaqlarını və Bizi aciz edəcəklərinimi güman etdilər?! Onlar necə də pis mühakimə yürüdürlər?
مَن كَانَ يَرْجُواْ لِقَآءَ ٱللَّهِ فَإِنَّ أَجَلَ ٱللَّهِ لَءَاتٍ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
мəŋŋ-кəəнə йəрджуу лиќōō`əл-лаhи фə`иннə əджəлəл-лаhи лə`əəт, вəhувəс-сəмии'уль-'əлиим
Hər kəs Allahla görüşəcəyinə (Bərzəx, Qiyamət günü və Cənnətdə Onun hüzuruna daxil olmağa) ümid edirsə, onda (çox çalışsın, çünki) şübhəsiz, Allah (tərəfindən müəyyən olunmuş) müddət (mütləq) gələcəkdir. O, (hər şeyi) eşidən və biləndir.
وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفْسِهِۦٓ ۚ إِنَّ ٱللَّهَ لَغَنِىٌّ عَنِ ٱلْعَٰلَمِينَ
вəмəŋŋ-джəəhəдə фə`иннəмəə йуджəəhиду линəфсиh, иннəл-лаhə лəґōниййун 'əниль-'əəлəмиин
Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil.