لِإِيلَٰفِ قُرَيْشٍ
ли`иилəəфи ќурōйш
Qüreyşin (həm bir-biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər).
إِۦلَٰفِهِمْ رِحْلَةَ ٱلشِّتَآءِ وَٱلصَّيْفِ
иилəəфиhим риhлəтəш-шитəə`и вəс-сōйф
Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün.
فَلْيَعْبُدُواْ رَبَّ هَٰذَا ٱلْبَيْتِ
фəльйə'будуу рōббə həəз̃əəль-бэйт
Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər.
ٱلَّذِىٓ أَطْعَمَهُم مِّن جُوعٍ وَءَامَنَهُم مِّنْ خَوْفٍۭ
əльлəз̃ии əт'əмəhум-миŋŋ-джуу'иу-вə`əəмəнəhум-мин хōуф
O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı.
أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ
əрō`əйтəль-лəз̃ии йукəз̃з̃ибу бид-диин
(Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü?
فَذَٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ
фəз̃əəликəль-лəз̃ии йəду''уль-йəтиим
Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar.
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
вəлəə йəhудду 'əлəə тō'əəмиль-мискиин
Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz.
ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ
əльлəз̃иинə hум 'əŋŋ-сōлəəтиhим сəəhуун
Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar.
وَيَمْنَعُونَ ٱلْمَاعُونَ
вəйəмнə'уунəль-мəə'уун
Və ehtiyac olan şeyləri (borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından) əsirgəyərlər. (Yetimi qovmaq və fəqirə (miskinə) etinasız yanaşmaq dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların günahı daha böyükdür).
إِنَّآ أَعْطَيْنَٰكَ ٱلْكَوْثَرَ
иннəə ə'тōйнəəкəль-кəуc̃əр
(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi–Zəhranın (s.ə) gündən-günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik).
فَصَلِّ لِرَبِّكَ وَٱنْحَرْ
фəсōлли лирōббикə вəəнhəр
Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!).