Müqəddəs Quran / Cüz / Cüz 30
Cüz 30
109:1

قُلْ يَٰٓأَيُّهَا ٱلْكَٰفِرُونَ

ќуль йəə əййуhəəль-кəəфируун

(Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),

109:2

لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ

лəə ə'буду мəə тə'будуун

Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.

109:3

وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ

вəлəə əŋŋтум 'əəбидуунə мəə ə'буд

Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,

109:4

وَلَآ أَنَا۠ عَابِدٌ مَّا عَبَدتُّمْ

вəлəə əнəə 'əəбидумм-мəə 'əбəттум

Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.

109:5

وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ

вəлəə əŋŋтум 'əəбидуунə мəə ə'буд

Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.

109:6

لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ

лəкум диинукум вəлийə диин

Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)».

110:1

إِذَا جَآءَ نَصْرُ ٱللَّهِ وَٱلْفَتْحُ

из̃əə джəə`ə нəсрул-лаhи вəəльфəтh

Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zəfərlər) gəldiyi zaman,

110:2

وَرَأَيْتَ ٱلنَّاسَ يَدْخُلُونَ فِى دِينِ ٱللَّهِ أَفْوَاجًا

вəрō`əйтəн-нəəсə йəдхулююнə фии дииниль-лəhи əфвəəджə

İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman,

110:3

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَٱسْتَغْفِرْهُ  ۚ إِنَّهُۥ كَانَ تَوَّابًۢا

фəсəббиh биhəмди рōббикə вəəстəґфирh, иннəhу кəəнə тəувəəбə

Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir.

111:1

تَبَّتْ يَدَآ أَبِى لَهَبٍ وَتَبَّ

тəббəт йəдəə əбии лəhəбиу-вəтəбб

Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!

111:2

مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ

мəə əґнəə 'əнhу мəəлюhу вəмəə кəсəб

Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz.

111:3

سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ

сəйəслəə нəəрōн з̃əəтə лəhəб

O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.

111:4

وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ

вəəмрō`əтуhу həммəəлəтəль-həтōб

Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir).

111:5

فِى جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍۭ

фии джиидиhəə həблюмм-мимм-мəсəд

Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)