Müqəddəs Quran / Surələr / 51. Zariyat
Zariyat (Toz-torpağı dağıdan)
51:11

ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍ سَاهُونَ

əльлəз̃иинə hум фии ґōмрōтин сəəhуун

(Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!

51:12

يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ

йəс`əлююнə əййəəнə йəумуд-диин

Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.

51:13

يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ

йəумə hум 'əлəəн-нəəри йуфтəнуун

Onların odun içində əzab verilib yanacaqları gün!

51:14

ذُوقُواْ فِتْنَتَكُمْ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ

з̃ууќуу фитнəтəкум həəз̃əəль-лəз̃ии куŋŋтумм-биhи тəстə'джилююн

(Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir».

51:15

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍ وَعُيُونٍ

иннəль-муттəќиинə фии джəннəəтиу-вə'уйуун

Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.

51:16

ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ  ۚ إِنَّهُمْ كَانُواْ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ

əəхыз̃иинə мəə əəтəəhум рōббуhум, иннəhум кəəнуу ќōблə з̃əəликə муhсиниин

Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.

51:17

كَانُواْ قَلِيلًا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ

кəəнуу ќōлиилəмм-минəль-лэйли мəə йəhджə'уун

Onlar gecənin az bir hissəsini yatırdılar.

51:18

وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ

вəби-ль-əсhəəри hум йəстəґфируун

Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.

51:19

وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ

вəфии əмвəəлиhим həќќул-лис-сəə`или вəəльмəhруум

Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.

51:20

وَفِى ٱلْأَرْضِ ءَايَٰتٌ لِّلْمُوقِنِينَ

вəфииль-əрды əəйəəтул-ли-ль-мууќиниин

Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.