Müqəddəs Quran / Surələr / 56. Vaqiə
Vaqiə (Hadisə)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

56:1

إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ

из̃əə вəќō'əтиль-вəəќи'əh

Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.

56:2

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ

лэйсə ливəќ'əтиhəə кəəз̃ибəh

Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.

56:3

خَافِضَةٌ رَّافِعَةٌ

хōōфидōтур-рōōфи'əh

Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)

56:4

إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّا

из̃əə руджджəтиль-əрду рōджджə

Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!

56:5

وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّا

вəбуссəтиль-джибəəлю бəссə

Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.

56:6

فَكَانَتْ هَبَآءً مُّنۢبَثًّا

фəкəəнəт həбəə`əмм-мумм-бəc̃c̃ə

Beləliklə, dağınıq toz halına düşəcəkdir.

56:7

وَكُنتُمْ أَزْوَٰجًا ثَلَٰثَةً

вəкуŋŋтум əзвəəджəн c̃əлəəc̃əh

Və siz üç dəstəyə bölünəcəksiniz.

56:8

فَأَصْحَٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ

фə`əсhəəбуль-мəймəнəти мəə əсhəəбуль-мəймəнəh

(Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.)

56:9

وَأَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ

вə`əсhəəбуль-мəш`əмəти мəə əсhəəбуль-мəш`əмəh

(İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.)

56:10

وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ

вəс-сəəбиќуунəс-сəəбиќуун

(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!