Müqəddəs Quran / Surələr / 79. Naziat
Naziat (Çəkib çıxaran)
79:21

فَكَذَّبَ وَعَصَىٰ

фəкəз̃з̃əбə вə'əсōō

O, (isə) təkzib etdi və asi oldu.

79:22

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ

c̃уммə əдбəрō йəс'əə

Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.

79:23

فَحَشَرَ فَنَادَىٰ

фəhəшəрō фəнəəдəə

O, (öz qövmünü) topladı, və (onlara) xitab edib

79:24

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ

фəќōōлə əнəə рōббукумуль-ə'лəə

Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).

79:25

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْءَاخِرَةِ وَٱلْأُولَىٰٓ

фə`əхōз̃əhул-лаhу нəкəəлəль-əəхырōти вəəль`уулəə

Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).

79:26

إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰٓ

иннə фии з̃əəликə лə'ибрōтəл-лимəй-йəхшəə

Şübhəsiz, bunda (bu hadisədə) (Allahdan) qorxan bir kəs üçün ibrət vardır.

79:27

ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ  ۚ بَنَىٰهَا

ə`əŋŋтум əшəдду хōльќōн əмис-сəмəə, бəнəəhəə

(Ölümdən sonra) sizi yaratmaq daha çətindir, yaxud göy(ü yaratmaq) ki,(Allah) onu yaratdı?

79:28

رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا

рōфə'ə сəмкəhəə фəсəувəəhəə

Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri baxımından) nizama saldı.

79:29

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا

вə`əґтōшə лэйлəhəə вə`əхрōджə дуhəəhəə

Gecəsini qaranlıq və gündüzünü də aşkar etdi.

79:30

وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ

вəəль`əрдō бə'дə з̃əəликə дəhəəhəə

Və bundan sonra yeri döşədi və hamarladı və (onu öz oxunun ətrafında hərəkətə və günəş ətrafında hərəkətə gətirdi) fırlatdı.