Müqəddəs Quran / Cüz / Cüz 14
Cüz 14
15:71

قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِىٓ إِن كُنتُمْ فَٰعِلِينَ

ќōōлə həə`улəə`и бəнəəтии иŋŋ-куŋŋтум фəə'илиин

Dedi: «Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır». (Öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi).

15:72

لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ

лə'əмрукə иннəhум лəфии сəкрōтиhим йə'мəhуун

Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər.

15:73

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُشْرِقِينَ

фə`əхōз̃əтhумус-сōйhəту мушриќиин

Və (nəhayət) günəş çıxan zaman onları (göydən gələn) səs bürüdü.

15:74

فَجَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ

фəджə'əльнəə 'əəлийəhəə сəəфилəhəə вə`əмтōрнəə 'əлэйhим hиджəəрōтəмм-миŋŋ-сиджджииль

Beləliklə, onların şəhərlərini al-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.

15:75

إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّلْمُتَوَسِّمِينَ

иннə фии з̃əəликə лə`əəйəəтил-ли-ль-мутəвəссимиин

Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.

15:76

وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقِيمٍ

вə`иннəhəə лəбисəбиилимм-муќиим

Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).

15:77

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً لِّلْمُؤْمِنِينَ

иннə фии з̃əəликə лə`əəйəтəл-ли-ль-му`миниин

Və həqiqətən, bunda (bu hadisədə) iman əhli üçün (Haqqın qüdrəti və batilin cəzası barəsində) bir nişanə vardır.

15:78

وَإِن كَانَ أَصْحَٰبُ ٱلْأَيْكَةِ لَظَٰلِمِينَ

вə`иŋŋ-кəəнə əсhəəбуль-əйкəти лəз̃ōōлимиин

Və həqiqətən, «Əykə»nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi.

15:79

فَٱنتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ

фəəŋŋтəќōмнəə минhум вə`иннəhумəə лəби`имəəмимм-мубиин

Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.

15:80

وَلَقَدْ كَذَّبَ أَصْحَٰبُ ٱلْحِجْرِ ٱلْمُرْسَلِينَ

вəлəќōд кəз̃з̃əбə əсhəəбуль-hиджриль-мурсəлиин

Və həqiqətən, Hicr əhalisi (Salehin ümməti olan Səmud qövmü) Allahın peyğəmbərlərini təkzib etdilər.

15:81

وَءَاتَيْنَٰهُمْ ءَايَٰتِنَا فَكَانُواْ عَنْهَا مُعْرِضِينَ

вə`əəтəйнəəhум əəйəəтинəə фəкəəнуу 'əнhəə му'ридыын

Və Biz onlara (dəvənin daş və sairədən xaric olması kimi) Öz nişanələrimizi verdik, amma onlar ondan üz döndərdilər.

15:82

وَكَانُواْ يَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا ءَامِنِينَ

вəкəəнуу йəнhитуунə минəль-джибəəли буйуутəн əəминиин

Və onlar (dağın aşmasından və düşmənin yol tapmasından) xatircəm halda dağlardan evlər yonurdular.

15:83

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُصْبِحِينَ

фə`əхōз̃əтhумус-сōйhəту мусбиhиин

Beləliklə, səhəri açarkən (göydən gələn) bir səs onları bürüdü.

15:84

فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُواْ يَكْسِبُونَ

фəмəə əґнəə 'əнhум-мəə кəəнуу йəксибуун

Beləliklə, (məskən, övlad və var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.

15:85

وَمَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ  ۗ وَإِنَّ ٱلسَّاعَةَ لَءَاتِيَةٌ  ۖ فَٱصْفَحِ ٱلصَّفْحَ ٱلْجَمِيلَ

вəмəə хōлəќнəəс-сəмəəвəəти вəəль`əрдō вəмəə бэйнəhумəə ильлəə би-ль-həќќ, вə`иннəс-сəə'əтə лə`əəтийəh, фəəсфəhис-сōфhəль-джəмииль

Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et.

15:86

إِنَّ رَبَّكَ هُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ

иннə рōббəкə hувəль-хōльлəəќуль-'əлиим

Həqiqətən, sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir.

15:87

وَلَقَدْ ءَاتَيْنَٰكَ سَبْعًا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ

вəлəќōд əəтəйнəəкə сəб'əмм-минəль-мəc̃əəнии вəəльќур`əəнəль-'əз̃ыым

Doğrudan da, sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Quranı əta etdik.

15:88

لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَٱخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ

лəə тəмуддəннə 'əйнəйкə илəə мəə мəттə'нəə биhи əзвəəджəмм-минhум вəлəə тəhзəн 'əлэйhим вəəхфид джəнəəhəкə ли-ль-му`миниин

Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.

15:89

وَقُلْ إِنِّىٓ أَنَا ٱلنَّذِيرُ ٱلْمُبِينُ

вəќуль иннии əнəəн-нəз̃иируль-мубиин

Və de: «Həqiqətən, mən (sizi ilahi əzabın nazil olmasından çəkindirən) həmin aşkar qorxudanam».

15:90

كَمَآ أَنزَلْنَا عَلَى ٱلْمُقْتَسِمِينَ

кəмəə əŋŋзəльнəə 'əлəəль-муќтəсимиин

Bölənlərə (əzab) nazil etdiyimiz kimi!