Müqəddəs Quran / Surələr / 37. Saffat
Saffat (Cərgəyə düzülmüşlər)
37:141

فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ

фəсəəhəмə фəкəəнə минəль-мудhəдыын

Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.

37:142

فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌ

фəəльтəќōмəhуль-hууту вəhувə мулиим

O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.

37:143

فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ

фəлəулəə əннəhу кəəнə минəль-мусəббиhиин

Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı,

37:144

لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

лəлəбиc̃ə фии бəтниhи илəə йəуми йуб'əc̃уун

mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı.

37:145

 ۞ فَنَبَذْنَٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌ

фəнəбəз̃нəəhу би-ль-'əрōō`и вəhувə сəќиим

Beləliklə, onu xəstə halda tavan və kölgəsiz bir yerə atdıq.

37:146

وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ

вə`əмм-бəтнəə 'əлэйhи шəджəрōтəмм-мий-йəќтыын

Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik.

37:147

وَأَرْسَلْنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ

вə`əрсəльнəəhу илəə ми`əти əльфин əу йəзиидуун

Və onu yüz min və ya daha artıq adama (peyğəmbər) göndərdik.

37:148

فَـَٔامَنُواْ فَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍ

фə`əəмəнуу фəмəттə'нəəhум илəə hиин

Beləliklə, onlar iman gətirdilər və Biz onları (müəyyən) bir müddət(ədək həyatdan) bəhrələndirdik.

37:149

فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ

фəəстəфтиhим əлирōббикəль-бəнəəту вəлəhумуль-бəнуун

Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?!

37:150

أَمْ خَلَقْنَا ٱلْمَلَٰٓئِكَةَ إِنَٰثًا وَهُمْ شَٰهِدُونَ

əм хōлəќнəəль-мəлəə`икəтə инəəc̃əу-вəhум шəəhидуун

Yoxsa ki, Biz mələkləri qız cinsindən yaratmışıq və onlar orada olub (buna) şahid olublar?!»