Müqəddəs Quran / Surələr / 37. Saffat
Saffat (Cərgəyə düzülmüşlər)
37:111

إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ

иннəhу мин 'ибəəдинəəль-му`миниин

Həqiqətən, o, Bizim mömin bəndələrimizdən idi.

37:112

وَبَشَّرْنَٰهُ بِإِسْحَٰقَ نَبِيًّا مِّنَ ٱلصَّٰلِحِينَ

вəбəшшəрнəəhу би`исhəəќō нəбиййəмм-минəс-сōōлиhиин

Onu İshaq(adlı bir övlad)la – salehlərdən olan peyğəmbərlə mücdələdik.

37:113

وَبَٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَٰقَ  ۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِۦ مُبِينٌ

вəбəəрōкнəə 'əлэйhи вə'əлəə исhəəќ, вəмиŋŋ-з̃урриййəтиhимəə муhсинуу-вəз̃ōōлимул-линəфсиhи мубиин

Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.

37:114

وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ

вəлəќōд мəнəннəə 'əлəə муусəə вəhəəруун

Həqiqətən, Biz Musa və Haruna da nemət verdik.

37:115

وَنَجَّيْنَٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ

вəнəджджəйнəəhумəə вəќōумəhумəə минəль-кəрбиль-'əз̃ыым

O ikisinə və qövmlərinə böyük bir qüssədən nicat verdik.

37:116

وَنَصَرْنَٰهُمْ فَكَانُواْ هُمُ ٱلْغَٰلِبِينَ

вəнəсōрнəəhум фəкəəнуу hумуль-ґōōлибиин

Və onlara kömək etdik. Beləliklə, onlar qalib gəldilər.

37:117

وَءَاتَيْنَٰهُمَا ٱلْكِتَٰبَ ٱلْمُسْتَبِينَ

вə`əəтəйнəəhумəəль-китəəбəль-мустəбиин

Və o ikisinə (özü) aydın (olan) və aydınlıq gətirən (səma) kitab(ı) verdik.

37:118

وَهَدَيْنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ

вəhəдəйнəəhумəəс-сырōōтōль-мустəќиим

Və onların hər ikisini doğru yola hidayət etdik.

37:119

وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْءَاخِرِينَ

вəтəрōкнəə 'əлэйhимəə фииль-əəхыриин

Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.

37:120

سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ

сəлəəмун 'əлəə муусəə вəhəəруун

Salam olsun Musaya və Haruna!