Müqəddəs Quran / Surələr / 37. Saffat
Saffat (Cərgəyə düzülmüşlər)

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

бисмиль-лəhир-рōhмəəнир-рōhиим

Bağışlayan və mehriban Allahın adı ilə.

37:1

وَٱلصَّٰٓفَّٰتِ صَفًّا

вəс-сōōффəəти сōффə

And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə).

37:2

فَٱلزَّٰجِرَٰتِ زَجْرًا

фəз-зəəджирōōти зəджрō

(And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Quran ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.

37:3

فَٱلتَّٰلِيَٰتِ ذِكْرًا

фəт-тəəлийəəти з̃икрō

(And olsun) Zikri (Quranı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,

37:4

إِنَّ إِلَٰهَكُمْ لَوَٰحِدٌ

иннə илəəhəкум лəвəəhид

Həqiqətən, sizin Tanrınız təkdir.

37:5

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَٰرِقِ

рōббус-сəмəəвəəти вəəль`əрды вəмəə бэйнəhумəə вəрōббуль-мəшəəриќ

(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir.

37:6

إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ

иннəə зəййəннəəс-сəмəə`əд-дунйəə бизиинəтинль-кəвəəкиб

Həqiqətən, Biz (sizin yerə) yaxın göyü ulduzlarla bəzədik.

37:7

وَحِفْظًا مِّن كُلِّ شَيْطَٰنٍ مَّارِدٍ

вəhифз̃ōмм-миŋŋ-кулли шэйтōōнимм-мəəрид

Və onu hər hansı bir asi və xəbis Şeytan(ın daxil olmasın)dan qoruduq.

37:8

لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ

лəə йəссəммə'уунə илəəль-мəлə`иль-ə'лəə вəйуќз̃əфуунə миŋŋ-кулли джəəниб

Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.

37:9

دُحُورًا  ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ

дуhуурō, вəлəhум 'əз̃əəбуу-вəəсыб

Şiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır.

37:10

إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ

ильлəə мəн хōтыфəль-хōтфəтə фə`əтбə'əhу шиhəəбун c̃əəќиб

Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər.